REGİONLAR


Zərdabda pambıq yığımında müasir kombaynlardan istifadəyə üstünlük verilir

Zərdab, 20 noyabr, AZƏRTAC

Son günlər əlverişsiz keçən hava şəraiti Zərdab rayonunda strateji məhsul olan “ağ qızıl” yığımında müəyyən fasilələr yaratsa da, məhsul toplanışı davam edir və hələlik 4500,78 ton xam pambıq tədarük olunub.

Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumatda bildirilir ki, builki mövsümdə 3232 hektarda pambıq yetişdirilib. Əvvəlki illərdən fərqli olaraq cari mövsümdə məhsul yığımı daha çox texnika köməyi ilə aparılır. Hazırda məhsul toplanışına 8 pambıqyığan maşın cəlb olunub. Əksər yerlərdə, xüsusilə Bəyimli qəsəbə, İsaqbağı, Şahhüseynli, Qoşaoba və bir sıra digər ərazi vahidlərində fermerlər və fiziki şəxslər texnikanın qüvvəsindən daha səmərəli istifadə edirlər. Fermerlər “John Deer” şirkətinin kombaynlarından istifadəyə üstünlük verirlər. “Aqrolizinq” ASC-nin fermerlərə güzəştli şərtlərlə təklif etdiyi bu müasir kombaynlar məhsulu tez və itkisiz yığır. İdarəetməsi xeyli asan, manevretmə qabiliyyəti isə yüksəkdir. Səkkiz metr enində ərazini bir dəfəyə yığır, bunkerinin tutumu isə 7 tondur.

Bu günlərdə sahələrdə, həmçinin 1000 nəfərdən çox işçi qüvvəsi də çalışır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.