REGİONLAR


Zərdabda pambıqyığan texnika sahələrə çıxarılıb

Zərdab, 24 sentyabr, AZƏRTAC

Zərdab rayonunda pambıq yığımı davam edir və artıq bir neçə gündür ki, pambıqyığan kombaynlar da sahələrə çıxarılıb.

Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, cari mövsümdə 2520 hektarda pambıq yetişdirilib. Tarlaların 1800 hektarının məhsulu texnikanın qüvvəsi ilə yığılacaq. Hazırda məhsul yığımına 8 pambıqyığan kombayn, 11 traktor və 22 qoşqu cəlb olunub. Az vaxtda maşınlarla 77 ton pambıq yığılıb.

Qeyd edək ki, rayonda strateji məhsul olan pambığın vaxtında və itkisiz yığılması üçün bütün qüvvələr səfərbər edilib. Əl ilə yığım üçün hər gün 1300 nəfərdən çox işçi sahəyə çıxır. Bu günədək rayon üzrə, ümumilikdə, 272,3 ton “ağ qızıl” toplanıb ki, bunun 226,9 tonu “MKT-İK” MMC, 45,4 tonu “P-Aqro” MMC tərəfindən tədarük olunub. Bölgənin daha çox pambıq əkilən Bəyimli qəsəbəsində, Şahhüseyinli, İsaqbağı, Körpükənd, Şəftəhal, Şıxbağı ərazi dairələrində yığım daha mütəşəkkil aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.