REGİONLAR


Zərdabda qısa vaxtda 130 tonadək pambıq yığılıb

Zərdab, 18 sentyabr, AZƏRTAC

Zərdab rayonun pambıq yığımı sürətlə davam edir və qısa vaxtda 130 tonadək məhsul toplanıb.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, cari mövsümdə 19 icra nümayəndəliyində 3070 hektar sahədə pambıq yetişdirilib. Hazırda bütün qüvvələr məhsulun tez və itkisiz yığılmasına səfərbər edilib. Hər gün sahələrə 300 nəfərdən çox işçi qüvvəsi çıxır. Əksər ərazilərdə, xüsusilə daha çox pambıq əkilən və bol məhsul yetişdirilən Çallı, Kəndəbil, Əlvənd, İsaqbağı və bir sıra digər ərazi icra nümayəndəliyində “ağ qızıl” toplanması daha sürətlə və mütəşəkkil davam etdirilir.

Cari mövsümdə sahələrin 2620 hektarında məhsul pambıqyığan maşınlarla yığılacaq. Bu məqsədlə “MKT İK” və “P-AQRO” MMC-lər tərəfindən 12 kombayn hazır vəziyyətə gətirilib. Gələn həftədən kombaynlar sahələrə çıxarılacaq.

Qeyd edək ki, mütəxəssislər cari mövsümdə tarlaların hər hektarından 28-30 sentner məhsul istehsal ediləcəyi qənaətindədirlər.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.