REGİONLAR


Zərdabda qurulan 33 modul tipli sutəmizləyici qurğu əhalini içməli su ilə təmin edir

Zərdab, 10 fevral, AZƏRTAC 

Zərdab rayonunun bütün yaşayış məntəqələrində sakinlərin içməli suya olan tələbatının ödənilməsi ilə əlaqədar işlər yekunlaşıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 17 mart Sərəncamına əsasən rayonun Şıxbağı, Ağabağı, Nəzəralılı, Lələağacı, Sarıqaya, Şəftəhal, Otmanoba, Siləyli, Kəndəbil, Hüseynxanlı, Burunlu, Allahqulubağ və Əlibəyli kəndlərində modul tipli sutəmizləyici qurğuların quraşdırılması işləri başa çatdırılaraq istifadəyə verilib.

Artıq rayon ərazisində qurulan 33 modul tipli sutəmizləyici qurğu vasitəsilə əhali içməli su ilə təmin olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.