REGİONLAR
Zərdabda sahələrdə yay şumu çıxarılır
Zərdab, 8 iyul, AZƏRTAC
Zərdab rayonunun torpaq mülkiyyətçiləri sahələrdə gələcək bol məhsul üçün xüsusi önəm daşıyan yay şumu çıxarırlar.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildirilib ki, cari ildə Zərdabda azı 30 min hektardan çox sahədə payızlıq bitkilər, əsasən də taxıl əkiləcəyi gözlənilir. Bu məqsədə hazırda mühüm aqrotexniki tədbirin vaxtında və keyfiyyətlə həyata keçirilməsi üçün ciddi səy göstərilir. Hər gün sahələrə 30-dək şum traktoru çıxarılır, 250-300 hektarda şum qaldırılır.
Əksər ərazilərdə, xüsusilə daha çox payızlıq əkin aparılacaq Bəyimli, Pərvanlı, Körpükənd və bir sıra digər ərazi vahidlərində bu iş daha mütəşəkkil aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [17:09]
Laçında ilk dəfə “Laçında peşə öyrən!” adlı yarmarka keçirilir
- 24.04.2024 [15:52]
Naxçıvandan Türkiyəyə ilk dəfə taxıl məhsulları ixrac olunub
- 24.04.2024 [15:31]
Xaçmazdakı aqroparklarda süd məhsuldarlığında rekord nəticə qeydə alınıb
- 24.04.2024 [15:01]
Naxçıvanda “BOOKFEST” kitab sərgisi keçiriləcək
- 24.04.2024 [13:52]
Gələn aydan Şuşada elektrik avtobuslar istifadəyə veriləcək
- 24.04.2024 [12:53]