REGİONLAR


Zərdabda şəhid Fərid Rüstəmovla vida mərasimi keçirilib VİDEO

Zərdab, 14 sentyabr, AZƏRTAC

Ermənistan ordusunun növbəti təxribatının qarşısını alarkən şəhid olan Dövlət Sərhəd Xidmətinin kiçik giziri şəhid Fərid Nofəl oğlu Rüstəmovla Zərdabda vida mərasimi keçirilib. Vida mərasimində rayon icra hakimiyyətinin, ictimaiyyətin nümayəndələri, xidmət etdiyi Sərhəd Xidmətinin vəzifəli şəxsləri, eləcə də şəhidin hərbçi yoldaşları, yaxınları iştirak ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Fərid Rüstəmovun nəşi rayonda böyük izdihamla qarşılanıb. Onun nəşi əvvəlcə böyüyüb boya-başa çatdığı Kəndəbil kəndindəki evinə gətirilib. Vida mərasimində iştirak edən izdihamlı kütlə “Qarabağ Azərbaycandır”, “Şəhidlər ölməz, Vətən bölünməz” kimi şüarlarla mənfur düşmənə qarşı öz nifrətlərini bildiriblər.

Vida mərasimindən sonra şəhidimizin nəşi Kəndəbil kənd qəbiristanlığında torpağa tapşırılıb.

Kiçik gizir Fərid Rüstəmov ailəli idi və 2 övladı Vətənə əmanət qalıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.