REGİONLAR


Zərdabda suvarma suyuna tələbatın ödənilməsi məqsədilə tədbirlər görülür

Zərdab, 29 aprel, AZƏRTAC

Zərdab rayonunda əkin sahələrinin suvarma suyu ilə normal təmin olunması, məhsul istehsalçılarının tələbatının ödənilməsi üçün tədbirlər davam etdirilir.

Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumatda bildirilir ki, təkcə cari ilin ilk üç ayında Suvarma Sistemləri İdarəsi tərəfindən 2 nasos, 1 elektrik mühərriki, 1 dizel mühərriki, 0,2 kilometr nov və beton kanallar təmir olunub, 7 kilometr suvarma kanalı lildən təmizlənib.

Kür-Araz çaylarında Bəndlərin İstismarı İdarəsi tərəfindən rayonun Biçaqçı və Yuxarı Seyidlər kəndlərinin ərazilərində maşın və mexanizmlərin köməyi ilə 3,4 kilometr məsafədə 86,4 min kubmetr həcmdə qayakəsmə və 24 min kubmetr sahədə bənd yamacının təmizlənməsi işləri görülüb.

Habelə, Mil-Qarabağ və Aşağı Şirvan Kollektorlarının İstismarı İdarəsi də rayon ərazisində 23 kilometr uzunluğunda, 70 min kubmetr həcmində kollektor-dren şəbəkəsini lildən təmizləyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.