REGİONLAR


Zərdabda taxıl biçini üçün sahələrə 26 kombayn çıxarılıb

Zərdab, 3 iyun, AZƏRTAC

Zərdab rayonunun taxılçıları biçin kampaniyasına mütəşəkkil hazırlıqla başlayıblar və ilk günlərdən zəmilərə 26 kombayn çıxarılıb. Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, cari ilin məhsulu üçün 18 min 501 hektar sahədə taxıl yetişdirilib. Zəmilərin 13,7 min hektarı buğda, 5 min 494 hektarı isə arpadır.

Sahələrdə ilkin olaraq daha tez yetişən arpa biçilir. Bir neçə günə 662 hektar sahə biçilib, 2039 ton məhsul götürülüb. Hələlik hər hektardan orta məhsuldarlıq 30,8 sentnerdir. Bu, ötənilki göstəricidən 1 sentner çoxdur. Rayonun bir sıra ərazilərində, o cümlədən Şahhüseyinli, Bıçaqçı, Məlikumudlu və digər ərazi nümayəndəliklərində daha yüksək məhsuldarlıq əldə olunur.

Taxılçılıqla məşğul olan fermerlər, eləcə də fiziki şəxslər biçin kampaniyasının vaxtında və itkisiz başa çatdırılması üçün bütün qüvvələri səfərbər ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.