REGİONLAR


Zərdabda toplanan pambığın yarıdan çoxu kombaynlar vasitəsilə yığılıb

Zərdab, 10 noyabr, AZƏRTAC

Zərdab rayonunda bu günədək tarlalardan 4321 ton “ağ qızıl” yığılıb və məhsulun yarıdan çoxu – 2212 tonu pambıqyığan maşınlar tərəfindən toplanıb.

Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, hazırda sahələrdə 8 kombayn işləyir. Bu texnika istehsalçılara yetişdirilən məhsulun tez və itkisiz yığılmasında böyük fayda verir.

Qeyd edək ki, cari mövsümdə bölgədə 3232 hektar sahədə pambıq yetişdirilib. Hazırda bütün qüvvələr məhsulun son qozasınadək toplanmasına səfərbər edilib. Hər yerdə, xüsusilə daha çox pambıq əkilən Bəyimli qəsəbə, İsaqbağı, Şahhüseynli, Gəlmə, Hüseynxanlı, Qoşaoba və Körpükənd kənd inzibati ərazi dairələrində məhsul daha çox kombaynlar vasitəsilə yığılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.