REGİONLAR


Zərdabda ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü silsilə tədbirlərlə qeyd edilib

Zərdab, 10 may, AZƏRTAC

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar Zərdab rayonunda silsilə tədbirlər keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon rəhbərləri, idarə, müəssisə və təşkilatların kollektivləri, ictimaiyyət nümayəndələri mayın 10-da Zərdabın mərkəzində ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyub, xatirəsini ehtiramla yad ediblər. Daha sonra Ümummilli Liderin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş divar qəzetlərindən, rəsm və əl işlərindən ibarət sərgiyə baxış keçirilib. Təşkil olunan “Kitab bayramı”nda sərgilənən, müstəqil dövlətimizin banisi Heydər Əliyevə həsr edilən kitablar, klassik və müasir ədəbiyyat nümunələri, Azərbaycanın uğurlarından bəhs edən jurnallar, “Şuşa İli”nə, Zəfər bayramına həsr olunan bölmələr maraqla qarşılanıb.

Tədbir rayon Mədəniyyət Mərkəzinin təşkil etdiyi konsert proqramı ilə davam etdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.