REGİONLAR


Zərdabda valideyn himayəsindən məhrum olan uşaqlara və aztəminatlı ailələrə bayram hədiyyələri verilib

Zərdab, 29 dekabr, AZƏRTAC 

Zərdabda 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə valideyn himayəsindən məhrum olan uşaqlarla və aztəminatlı ailələrlə görüş keçirilib.

AZƏRTAC–ın bölgə müxbiri xəbər verir ki, rayon icra hakimiyyətində keçirilən görüşü icra hakimiyyəti başçısının birinci müavini Rəhman Feyzullayev açaraq, onları bayramlar münasibətilə təbrik edib, bol ruzi-bərəkət, əmin-amanlıq arzulayıb. Ulu öndər Heydər Əliyevin dünya azərbaycanlılarının vahid milli ideologiya ətrafında birləşdirilməsi istiqamətindəki əvəzsiz xidmətlərindən danışan R.Feyzullayev Həmrəylik Gününün dünyanın bütün qitələrində yaşayan azərbaycanlıları - soydaşlarımızı birləşdirən, həmrəy, həmfikir edən, onları vətənimizin bütövlüyü, daha da çiçəklənməsi üçün birgə fəaliyyət göstərməyə çağıran tarixi bir gün olduğunu diqqətə çatdırıb.

Görüşdə çıxış edənlər ölkəmizdə valideyn himayəsindən məhrum olan uşaqlara, aztəminatlı ailələrə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Sonda iştirakçılara bayram hədiyyələri verilib, maddi yardım göstərilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.