REGİONLAR


Zərdabın 42 yaşayış məntəqəsindən 24-də əhalinin tibbi müayinəsi başa çatıb

Zərdab, 12 aprel, AZƏRTAC

Prezident İlham Əliyevin təşəbbüsü ilə respublikamızın hər yerində, o cümlədən Zərdab rayonunda əhalinin kütləvi tibbi müayinəsi davam edir və artıq bölgədə 42 yaşayış məntəqəsindən 24-də bu humanist aksiya başa çatıb.

Rayon mərkəzi xəstəxanasından AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, aksiya çərçivəsində 18 və yuxarı yaşda olan 35 min 886 nəfər tibbi müayinədən keçməlidir. İndiyədək bu humanist aksiyadan 21 min 579 nəfər yararlanıb. Onlardan 542 nəfər ambulator, 18 nəfər stasionar müalicəyə cəlb edilib, 12 nəfərin üzərində cərrahiyyə əməliyyatı aparılıb. 15 nəfər isə ixtisaslaşdırılmış tibb müəssisələrinə göndərilib.

Tibb müəssisələrinə gəlmək imkanı olmayan ahıl və xəstə insanların müayinəsi xüsusi səyyar briqada tərəfindən evlərdə aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.