REGİONLAR


Zərdabın Bəyimli qəsəbəsinə qaz verilib

Zərdab, 28 noyabr, AZƏRTAC 

Zərdab rayonunun Bəyimli qəsəbəsinə yeni çəkilən qaz xətti istifadəyə verilib. Bunun üçün müxtəlif diametrli 24564 metr daşıyıcı və paylayıcı xətlərdən istifadə olunub. Yeni kəmər 106 abonentə xidmət edəcək.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, açılış mərasimində çıxış edən rayon icra hakimiyyəti başçısının birinci müavini Rəhman Feyzullayev, SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi Hüseyn Şirinov qəsəbə sakinlərini hər bir ailəyə rahatlıq gətirən bu mühüm hadisə münasibətilə təbrik ediblər. Bildirilib ki, yeni xəttin açılışı ilə rayonun 38-ci yaşayış məntəqəsi də təbii qazla təchiz edilmiş oldu.

Açılış mərasimində çıxış edən qəsəbə sakinləri əhalinin sosial problemlərinin həllinə göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər.

Sonra yeni qaz xəttinin çəkilişində fəallıq göstərən bir qrup işçiyə hədiyyələr təqdim olunub.

Sonda “mavi yanacağ”ın verilməsini bildirən məşəl alovlandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.