REGİONLAR


Zərdabın elektrik enerjisi sistemində yenidənqurma işləri aparılır

Zərdab, 7 fevral, AZƏRTAC 

Zərdab rayonunda elektrik enerjisi sistemində yenidənqurma işləri davam etdirilir.

Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, bu işlər əhalinin fasiləsiz, normal elektrik enerjisi ilə tələbatına imkan verəcək. Artıq yeni tikilərək istifadəyə verilən 35/10 kilovoltluq Zərdab yarımstansiyasından çıxan 10 kilovoltluq hava xətlərinin yenidən qurulması işləri yekunlaşmaq üzrədir. Zərdab şəhəri və rayonun Məlikumudlu, Dəkkəoba, Dəli Quşçu, İsaqbağı, Çallı kəndlərinin ərazisində yeni, müasir tipli transformator məntəqələri qurulur, açıq tipli elektrik hava xətləri SİP kabel xətləri ilə əvəz olunur, yeni sayğaclar quraşdırılır.

Asiya İnkişaf Bankının vəsaiti hesabına podratçı təşkilatlar tərəfindən rayonun elektrik enerjisi təsərrüfatının yenidən qurulması istiqamətində görülən işlər nəticəsində 3 min 266 ədəd yeni dəmir-beton dayaqlar basdırılıb, 148 kilometr məsafədə 10 kilovoltluq hava xətti yenilənib, 192,5 kilometr hava xətti müxtəlif markalı SİP kabellə əvəz olunub, 88 ədəd müxtəlif gücə malik transformatorlar quraşdırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.