CƏMİYYƏT


Zərərli vərdişlərdən uzaq olaq

Bakı, 19 noyabr, AZƏRTAC

Göyçay şəhər 9 saylı tam orta məktəbdə “Narkomaniyasız sağlam həyat” və “Dini radikalizmlə mübarizə” mövzularında tədbir keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə çıxış edən Göyçay Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Sənan Əsədov narkotik vasitələrdən bir neçə dəfə istifadənin asılılığa səbəb olduğunu, daha sonra narkotik aludəçilərinin böyük problemlərlə qarşılaşdıqlarını bildirib. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı daxili işlər orqanlarının əməkdaşları tərəfindən aparılan mübarizə tədbirləri barəsində məktəblilərə geniş məlumat verib.

Gənclərə, həmçinin dini radikalizmin hansı fəsadlar törətdiyi də izah olunub. Bu fəsadların qarşısını almaq üçün əsas dayanıqlı metodun dini maarifləndirmə olduğu bildirilib. Gənclərin radikal dini qrupların təsirinə düşmələrinin qarşısını almaq üçün dinin onlara düzgün şəkildə çatdırılmalı olduğu vurğulanıb.

Sonda məktəbliləri maraqlandıran suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.