İDMAN


Zərərli vərdişlərlə mübarizəyə dəstək məqsədilə veloyürüş keçirilib

Bakı, 22 may, AZƏRTAC

Zərərli vərdişlərlə mübarizəyə dəstək məqsədilə Azərbaycan Velosiped Federasiyasının (AVF) təşkilatçılığı ilə mayın 22-də paytaxtda veloyürüş keçirilib.

Federasiyadan AZƏRTAC-a bildiriblər ki, Türkiyənin “Yeşilay” Cəmiyyətinin təşəbbüsü, “Zərərli Vərdişlərə Qarşı” İctimai Birliyinin dəstəyi ilə baş tutan veloyürüşə Azneft dairəsindən start verilib.

Yürüşdə AVF, “Zərərli Vərdişlərə Qarşı” İctimai Birliyinin əməkdaşları, digər klubların üzvləri, eləcə də paravelosipedçilər və həvəskarlar iştirak ediblər.

Velosipedçilər Dənizkənarı Bulvarla hərəkət edərək, Hərbi Qənimətlər Parkının qarşısında yürüşü başa vurublar.

Qeyd edək ki, bu gün zərərli vərdişlərə qarşı mübarizə məqsədilə dünyanın 75 ölkəsində veloyürüş keçirilib.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.