ELM VƏ TƏHSİL


Zərərvericilərə qarşı mübarizə aparmaq üçün yeni tədqiqat işlərinə başlanılıb

Bakı, 20 oktyabr, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Zoologiya İnstitutunda kənd təsərrüfat bitkilərinin zərərvericilərinə qarşı bioloji mübarizə aparmaq üçün yeni tədqiqat işlərinə başlanılıb.

İnstitutdan AZƏRTAC-a bildiriblər ki, bu elm müəssisəsinin tətbiqi zoologiya mərkəzinin əməkdaşları kənd təsərrüfatı bitkilərinin zərərvericilərinə qarşı bioloji mübarizədə istifadə olunan səmərəli entomofaqları laboratoriya şəraitində artırırlar. Təbii ki, hər hansı bir entomofaqın kütləvi çoxaldılması üçün, ilk növbədə, onun qidalandığı digər həşəratları kütləvi çoxaltmaq lazımdır.

Hazırda bir çox zərərvericilərin səmərəli entomofaqı olan habrobrakon hebetorun sürfələrinin qidasını təşkil edən dəyirman odlucasının laboratoriya şəraitində kütləvi artırılması yolları tədqiq edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.