İQTİSADİYYAT


Zəruri qayda və tələbləri pozan 29 sahibkarlıq subyekti cərimələnib

Bakı, 8 may, AZƏRTAC

İqtisadiyyat Nazirliyi sahibkarlıq subyektlərində (ictimai iaşə və turizm obyektləri istisna olmaqla) pandemiya şəraitinin zəruri qayda və tələblərinə əməl olunmasına nəzarət tədbirlərini davam etdirir.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, mayın 6-də keçirilən növbəti monitorinqlər zamanı Binəqədi rayonunda “Havalandırma mağazası”nda, Nizami rayonunda Həşim Əhmədova məxsus pərakəndə ticarət obyektində, Suraxanı rayonunda Sahib Həsənova məxsus ərzaq mağazasında, Yasamal rayonunda Ceyhun Xəlilova məxsus ayaqqabı mağazasında, Gəncə şəhərində “Dəhliz geyim mağazası”nda, "Univermaq şopping”də, Sumqayıt şəhərində “Uşaq hədiyyələri mağazası”nda, “Mebel mağazası Aysu”da, “Caspi computer”də, “Diana market”də, “Mağaza Ramiz”də, “Ramal market”də, "Elit tikinti materialları mağazası”nda, "Yazı düzü istilik sistemləri mağazası”nda, ümumilikdə 29 obyektdə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinin pozulduğu aşkar olunub.

Nöqsanlara yol vermiş sahibkarlıq subyektləri barədə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.