İQTİSADİYYAT


Zəruri qayda və tələbləri pozan sahibkarlıq subyektləri cərimələnib

Bakı, 30 aprel, AZƏRTAC

İqtisadiyyat Nazirliyi sahibkarlıq subyektlərində (ictimai iaşə və turizm obyektləri istisna olmaqla) pandemiya şəraitinin zəruri qayda və tələblərinə əməl olunmasına nəzarət tədbirlərini davam etdirir.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, növbəti monitorinqlər zamanı Sumqayıtda “Premier mobile telefon mağazası”nda, Sura Abdullayevaya, Ruxsarə Məmmədseyidovaya, Azat Həsənova, Bəxtiyar Əlizadəyə, Malik Mirzəyevə, Saleh Məmmədova, Ömər Mehralıyevə, Elşən Quliyevə, Samir Axundova, Tural Məmmədova məxsus pərakəndə ticarət obyektlərində, “Dokta” MMC-yə məxsus “Aptek”də, ümumilikdə 22 obyektdə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinin pozulduğu aşkar olunub. Nöqsanlara yol vermiş sahibkarlıq subyektləri barədə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.