İQTİSADİYYAT


Zəruri qayda və tələbləri pozan sahibkarlıq subyektləri cərimələnib

Bakı, 12 iyun, AZƏRTAC

İqtisadiyyat Nazirliyi sahibkarlıq subyektlərində (ictimai iaşə və turizm obyektləri istisna olmaqla) pandemiya şəraitinin zəruri qayda və tələblərinə əməl olunmasına nəzarət tədbirlərini davam etdirir.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, monitorinqlər zamanı Binəqədi rayonunda Vasif Hüseynova məxsus ərzaq mağazasında, Qara Qarayevə məxsus “Avtomobil təmir xidməti”ndə, Nərimanov rayonunda “Ağ çiçəyim gül dükanı”nda, Nizami rayonunda “Brand 313 mobile” ticarət obyektində, Sabunçu rayonunda Şəhla Əkbərovaya məxsus istixana kombinatında, Səbail rayonunda Əhəd Cəbrayılova məxsus “Hədiyyələr studiyası”nda, Xətai rayonunda Ruslan Əhmədova məxsus ərzaq mağazasında, Yasamal rayonunda Emil İbadova məxsus pərakəndə ticarət obyektində, Nəsimi rayonunda “Oba market”də, Gəncə şəhərində “Favori” mağazasında, “Sevimli dad mağazası”nda, “Moda kids geyim mağazası”nda, Sumqayıt şəhərində “Sumqayıt şəhəri Elmar market”də, “Samsung mobile”da, “Əli-94 market”də, ümumilikdə 21 obyektdə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinin pozulduğu aşkar olunub.

Nöqsanlara yol vermiş sahibkarlıq subyektləri barədə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.