DÜNYA


Zəvvarlar “şeytan daşlama” mərasimində iştirak ediblər

Qahirə, 20 iyul, AZƏRTAC

Məhdud sayda – 60 min zəvvarın iştirakı ilə keçirilən Həcc ziyarəti davam edir.

AZƏRTAC xəbər verir ki, müqəddəs Qurban bayramının ilk günündə zəvvarlar “şeytan daşlama” mərasimində iştirak ediblər. Onlar sübh tezdən Mina dağına çıxaraq, Həcc ziyarətinin yekun ayinini yerinə yetiriblər. Səudiyyə Ərəbistanının müvafiq qurumları COVID-19 pandemiyası şəraitində keçirilən bu ayinə də əvvəlcədən hazırlıq görüblər. Belə ki, Mina dağında və Müzdalifahda qoyulmuş daşla dolu torbalar dezinfeksiya olunub, həmçinin zəvvarların sosial məsafəyə əməl etməsinə nəzarət həyata keçirilib.

Bu il Həcc ziyarəti yalnız Səudiyyə Ərəbistanı ərazisində yaşayan əcnəbilər və yerli sakinlərin iştirakı ilə keçirilir. Zəvvarların hamısının COVID-19 əleyhinə vaksinasiya olunmasına xüsusi diqqət yetirilib, habelə onlar təkrar testdən keçirilib.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.