DÜNYA


“Zeytun budağı” antiterror əməliyyatında Türkiyə əsgərlərini qətlə yetirən terrorçular ələ keçirilib

İstanbul, 14 sentyabr, AZƏRTAC

Türkiyənin Suriya ərazisində həyata keçirdiyi “Zeytun budağı” antiterror əməliyyatında 2 əsgəri qətlə yetirən terrorçular ələ keçirilib.

AZƏRTAC xəbər verir ki, Türkiyənin təhlükəsizlik qüvvələri tərəfindən həyata keçirilən xüsusi əməliyyat nəticəsində ələ keçirilən 9 terrorçu Hatay şəhərinə gətirilib. İstintaqa təhvil verilən şəxslərin YPG/PKK terrorçu qruplaşmasına məxsus olduğu bildirilir.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.