SİYASƏT


Zhang Yesui: Çin Azərbaycanla əməkdaşlığa böyük önəm verir

Bakı, 20 sentyabr, AZƏRTAC

Ümumçin Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsinin nümayəndə heyətinin Azərbaycana səfəri məhsuldar oldu. Keçirilən görüşlərdə Azərbaycan-Çin əlaqələrinin inkişafına dair səmərəli müzakirələr aparıldı.

AZƏRTAC xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında Ümumçin Xalq Nümayəndələri Yığıncağının Xarici məsələlər üzrə komitəsinin sədri Zhang Yesui bildirib. O qeyd edib ki, Çin Azərbaycanla əməkdaşlığa böyük önəm verir. Rəsmi Pekin Azərbaycanı önəmli tərəfdaş hesab edir. Əlaqələrimiz yüksələn xətlə inkişaf edir. Hər iki ölkə bir sıra mühüm layihələrin həyata keçirilməsində əməkdaşlıq edir.

Zhang Yesui ölkələrimiz arasında humanitar sahədə əməkdaşlığın da yüksək səviyyədə olduğunu vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.