İDMAN


Zidan 2018-ci ilin ən yaxşı klub məşqçisi seçilib

Bakı, 30 noyabr, AZƏRTAC

Beynəlxalq Futbol Tarixi və Statistikası Federasiyası (IFFHS) 2018-ci ilin yekunlarına dair dünyanın ən yaxşı klub baş məşqçilərinin siyahısını dərc edib.

AZƏRTAC təşkilatın rəsmi saytına istinadla xəbər verir ki, 296 xal toplayan Madridin “Real” klubunun keçmiş baş məşqçisi Zinədin Zidan ilin ən yaxşı məşqçisi seçilib. Siyahıya görə, ikinci yeri alman mütəxəssis Yurgen Klopp (“Liverpul”, 109 xal), üçüncü yeri isə Xosep Qvardiola (“Mançester Siti”, 105 xal) tutublar. İlk beşliyi argentinalı Dieqo Simeone (“Atletiko”, 48 xal) və italiyalı Massimiliano Alleqri (“Yuventus” 33 xal) qapadıblar.

2018-ci ildə Zidan “Real”la birlikdə ard-arda üçüncü dəfə UEFA Çempionlar Liqasının qalibi olub. Fransalı məşqçinin bu göstəricisi futbol tarixində bir ilkdir. 2017/18 mövsümünün sonunda Zidan “Real” klubunun baş məşqçisi postunu tərk edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.