CƏMİYYƏT


Zığ - Heydər Əliyev Beynəlxalq Aeroportu avtomobil yolunun ətrafında 1600 badam ağacı əkilib YENİLƏNİB

Bakı, 16 mart, Pərvanə Rəhimova, AZƏRTAC

Martın 16-da Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN), IDEA İctimai Birliyi və Bakı Nəqliyyat Agentliyinin (BNA) birgə təşkilatçılığı ilə Zığ-Heydər Əliyev Beynəlxalq Aeroportu magistral avtomobil yolunun ətrafında ağacəkmə aksiyası keçirilib.

AZƏRTAC xəbər verir ki, aksiya “Bu yaz özün bir təbiət yarat” devizi ilə başladılan yaz ağacəkmə kampaniyası çərçivəsində təşkil edilib. Ağacəkmə aksiyasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Bakı Nəqliyyat Agentliyinin rəhbərliyi və əməkdaşları, IDEA-nın nümayəndələri iştirak edib.

“Azərbaycan yaşıllaşdırma və landşaft quruluşu” ASC-nin sədri Ramik Əşrəfov bildirib ki, ağacəkmə aksiyasına 250-dən çox gənc qoşulub. Ümumilikdə, Zığ-Heydər Əliyev Beynəlxalq Aeroportu avtomobil yolunun ətrafında 6,5 hektar ərazidə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən müxtəlif ağaclar əkilib. “Bu yaz özün bir təbiət yarat” devizi ilə keçirilən bu ağacəkmə aksiyasında isə 2,5 hektar ərazidə 1600 badam ağacı əkilib. Əkilən ağac tingləri ETSN-in “Azərbaycan yaşıllaşdırma və landşaft quruluşu” ASC və Meşələrin İnkişafı Departamentinin tinglik sahələrində yetişdirilib.

Qeyd edək ki, Bakı Nəqliyyat Agentliyinin şəhər nəqliyyatının inkişafı ilə bağlı həyata keçirdiyi tədbirlərin əsas məqsədlərindən biri də paytaxtın ekoloji durumunun yaxşılaşdırılması işinə töhfə verməkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.