CƏMİYYƏT


Zığ qəsəbə sakinindən 5 kiloqrama yaxın narkotik vasitələr aşkarlanaraq götürülüb

Bakı, 29 aprel, AZƏRTAC

Zığ qəsəbə sakinindən 5 kiloqrama yaxın narkotik vasitələr aşkarlanaraq götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Zığ qəsəbə sakini, əvvəllər məhkum olunmuş F.Heydərov Suraxanı Rayon Polis İdarəsinin 33-cü polis bölməsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılıb. Axtarış zamanı ondan 8 qrama yaxın heroin aşkar edilib.

Davam etdirilən tədbirlərlə onun evinə baxış zamanı oradan 1 kiloqram 200 qram heroin, 3 kiloqram 361 qramdan artıq marixuana və 160 qrama yaxın həşiş götürülüb.

Faktla bağlı rayon polis idarəsi tərəfindən araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.