DÜNYA


Zimbabvedə nə baş verir: ordu hökumət binalarına gedən yolları bağlayıb

Bakı, 15 noyabr, AZƏRTAC

Zimbabve ordusu ölkənin paytaxtı Harare şəhərində hökumət, parlament və məhkəmə binalarına gedən yolları bağlayıb.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, hərbçilər şəhərin mərkəzində zirehli texnika yerləşdirib. Gecə saatlarında partlayış səslərinin eşidildiyi bildirilir.

Bir qədər əvvəl silahlı əsgərlərin Zimbabvenin dövlət teleradio korporasiyasının binasını ələ keçirdiyi, həmçinin maliyyə naziri İqnasius Çombonu həbs etdiyi barədə hələlik təsdiqlənməyən xəbərlər yayılıb.

Hərbçilər heç bir dövlət çevrilişindən söhbət getmədiyini, prezidentin və ailəsinin təhlükə altında olmadığını və hədəflərinin onun ətrafındakı “cinayətkarların məsuliyyətə cəlb edilməsi” olduğunu bildiriblər.

Ordu hakim “Zimbabvenin Afrika milli ittifaqı – Vətənpərvər cəbhə” partiyasının Silahlı Qüvvələrin komandanı Konstantino Çivenqanı xəyanətdə və qiyama çağırışda ittiham etməsindən sonra aktivləşib. Bir qədər əvvəl Çivenqa noyabrın 6-da vəzifədən kənarlaşdırılan vitse-prezident Emmerson Mnanqaqva tərəfdarlarının təqibini dayandırmaq üçün müdaxiləyə hazır olduğunu demişdi. Məhz Mnanqaqva Zimbabvenin 93 yaşlı Prezidenti Robert Muqabenin mümkün varisi hesab olunurdu.

News24 portalının yaydığı son məlumata görə, hərbçilər Robert Muqabeni və onun mühafizəçilərini girov saxlayırlar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.