DÜNYA
Zimbabvenin sabiq prezidenti milli qəhrəmanlar qəbiristanlığında dəfn olunacaq
Bakı, 13 sentyabr, AZƏRTAC
Sentyabrın 6-da 96 yaşında Sinqapurda vəfat edən Zimbabvenin sabiq prezidenti Robert Muqabenin ailəsi onun doğma Kutama kəndində deyil, Xarare şəhərində yerləşən milli qəhrəmanlar qəbiristanlığında dəfn olunmasına razılıq verib.
AZƏRTAC Reuters agentliyinə istinadla xəbər verir ki, bu barədə ölkənin sabiq liderinin qohumlarından biri jurnalistlərə bildirib. Onun sözlərinə görə, prezidentin ailəsi bu mövzunu hakimiyyət dairələri ilə müzakirə edib.
Robert Muqabe Zimbabvenin müstəqillik qazandığı 1980-ci ildən başlayaraq 37 il ərzində ölkəyə rəhbərlik edib. 2017-ci ildə o, ev dustağı edilib, sonradan isə impiçmenti gözləməyərək istefa verib.
Robert Muqabe paytaxtdakı milli qəhrəmanlar qəbiristanlığında deyil, doğma Kutama kəndində dəfn olunmasını vəsiyyət etmişdi.
Sabiq prezidentin nəşi çərşənbə günü Xarareyə gətirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [16:43]
Türkiyə Prezidenti gündəmdəki məsələlərlə bağlı açıqlama verib
- 19.04.2024 [16:34]
Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırıb
- 19.04.2024 [15:55]
NASA ən maraqlı kosmik missiyanı təsdiqləyib
- 19.04.2024 [15:28]
Ukraynada pilotsuz təyyarələr istehsal edən yeni zavod açılıb
- 19.04.2024 [15:00]
Türkiyə XİN regiondakı son hadisələrlə bağlı bəyanat yayıb
- 19.04.2024 [14:52]