İDMAN


Zinəddin Zidan yayda 5 futbolçusunu transfer etmək fikrindədir

Bakı, 25 aprel, AZƏRTAC

İspaniyanın “Real Madrid” futbol klubunun baş məşqçisi Zinəddin Zidan yayda 5 futbolçusunu transfer etmək fikrindədir.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, 46 yaşlı fransalı mütəxəssisin komandada görmək istəmədiyi beş oyunçu var. Bunlar Qaret Beyl, Markos Lorente, Daniel Sebalyos, Serxio Reqilon və Mariano Diasdır. Zinəddin Zidan öz niyyətini yay transfer pəncərəsində həyata keçirmək fikrində olduğunu söyləyib.

Qeyd edək ki, Madrid təmsilçisi İspaniya çempionatında 64 xalla 3-cü pillədə qərarlaşıb. “Real” klubu lider “Barselona”dan 16 xal geridədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.