İDMAN


Zinəddin Zidanın “Real Madrid” klubundan gedişinin səbəbi açıqlanıb

Bakı, 14 yanvar, AZƏRTAC

İspaniyanın “Real Madrid” klubunun sabiq prezidenti Ramon Kalderon baş məşqçi Zinəddin Zidanın komandadan gedişinin səbəbini açıqlayıb.

AZƏRTAC “AS” nəşrinə istinadla xəbər verir ki, Ramon Kalderon deyib: “Zidan “kral” klubu ilə 2017-2018-ci il mövsümündə UEFA Çempionlar Liqasının qalibi olduqdan sonra öz şəxsi istəyi ilə komandadan ayrılıb. Buna səbəb hazırkı prezident Florentino Peresdir. Fransalı mütəxəssis Kriştianu Ronaldunun klubda qalmağını, Qaret Beyli isə satmağı istəyib. Amma Peres bunun əksini edib. Zidan klubun transfer məsələlərinə özü qərar vermək istəyirdi, təəssüf ki, orda hər bir məsələyə prezident qərar verir. Düşünürəm ki, Zidanın komandadan gedişi düz addımdır”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.