İQTİSADİYYAT


“Ziraat Bank Azərbaycan” “Caspian Energy Forum Baku 2019”un sponsoru olub

Bakı, 16 sentyabr, AZƏRTAC

“Ziraat Bank Azərbaycan” ASC sentyabrın 19-da keçiriləcək IX Beynəlxalq “Caspian Energy Forum Baku 2019” proqramına sponsor olaraq qatılacaq.

Bu barədə AZƏRTAC-a “Caspian European Club”un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev deyib.

Forum “Əsrin müqaviləsi”nin imzalanmasının 25 illik və “Caspian Energy” jurnalının 20 illik yubileyinə həsr olunacaq.

“Ziraat Bank Azərbaycan” ASC “Caspian Energy Forum Baku”nun çoxillik, ənənəvi sponsorudur. Bankın idarə heyətinin sədri Avni Dəmirçi “Caspian European Club”un idarə heyətinin üzvü olmaqla birgə bankinq və maliyyə üzrə işçi qrupuna da rəhbərlik edir. “Caspian European Club” A.Dəmirçinin yüksək peşəkarlığı sayəsində uğurla fəaliyyət göstərir və o, bütün mövcud problemləri operativ şəkildə həll etməkdədir”, - deyə T.Əliyev deyib.

O, “Ziraat Bank Azərbaycan” ilə sıx və səmərəli partnyorluqlarının davam etməsinin tərəfdarı olduqlarını və ASC-nin uğurlarına daim sevindiklərini bildirib.

A.Dəmirçi forumun yüksək səviyyədə təşkili məqsədilə bankın “Caspian Europan Club” ilə əməkdaşlığından məmnun olduğunu ifadə edib: “Ziraat Bank Azərbaycan” ASC-nin məqsədi yerli istehsalın həcminin artırılması və bunun nəticəsində yeni iş yerlərinin açılması, iqtisadiyyatın real sektorunun dəstəklənməsi, sahibkarlığa, həmçinin iri istehsalçıların fəaliyyətinə maliyyə dəstəyinin göstərilməsidir”.

O, bu məqsədlərə nail olmaq üçün gələcəkdə, həmçinin beynəlxalq “Caspian Energy” forumları çərçivəsində də klub ilə fəal əməkdaşlığı davam etdirməyə hazır olduqlarını bildirib.

“Caspian Energy Forum Baku 2019”un işində 50 ölkədən 1500-dən çox nümayəndə iştirak edəcək. Onların arasında Xəzər-Qara dəniz və Baltik regionu ölkələrinin dövlət qurumlarının, nazirliklərin, dövlət komitələrinin, dövlət agentliklərinin, dövlət xidmətlərinin, həmçinin dövlət və transmilli şirkətlərinin, beynəlxalq maliyyə institutlarının, aparıcı analitik mərkəzlərin, investisiya şirkətlərinin və reytinq agentliklərinin rəhbərləri, eyni zamanda, Azərbaycanda akkreditə olunmuş diplomatik və beynəlxalq missiya nümayəndələri yer alıb.

Forum 3 sessiyadan ibarət olacaq. Birinci sessiya Azərbaycanda neft-qaz sektorunun və sənayenin inkişafına, infrastruktur layihələrinin həyata keçirilməsi mövzusuna həsr olunacaq. İkinci sessiyada maliyyə sektorunun inkişafı mövzusuna toxunulacaq, Azərbaycanda investisiyalaşma imkanlarından ətraflı bəhs olunacaq. İkinci sessiyada, həmçinin əsas diqqət kiçik və orta biznesin inkişafına yönəldiləcək. Üçüncü sessiyada İKT layihələrinin uğurla həyata keçirilməsi, aqrosənaye kompleksinin inkişafı və Azərbaycanın turizm potensialı barədə geniş hesabat veriləcək. Forumda plenar tematik sessiyalar keçiriləcək.

Forumda iştirak üçün qeydiyyat: http://caspianenergyforum.com 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.