“Ziraat Bank Azərbaycan” Türkiyədə baş vermiş zəlzələ ilə əlaqədar yardım etmək istəyən vətəndaşlara müraciət edib
AzerTAg.az

Bakı, 7 fevral, AZƏRTAC
“Ziraat Bank Azərbaycan” fevralın 6-da səhər saatlarında Türkiyənin cənub-şərqində baş verən və genişmiqyaslı dağıntılar, çoxsaylı insan tələfatı ilə nəticələnən zəlzələ ilə bağlı öz dəstəyini göstərmək istəyən şəxslərə müraciət edib.
Bankdan AZƏRTAC-a bildiriblər ki, “Ziraat Bank Azərbaycan” baş vermiş təbii fəlakətlə bağlı Türkiyə Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinə (AFAD) yardım köçürmələrinin komissiyasız icra olunması haqqında qərar qəbul edib. Bankdan əldə olunan məlumata əsasən, təbii fəlakət nəticəsində zərər çəkənlərə yardım etmək istəyən müştərilər Bankın Mobil Bankçılıq tətbiqi, İnternet Bankçılıq platforması üzərindən və ya filiallarına yaxınlaşaraq aşağıdakı hesablara köçürmələri komissiyasız həyata keçirə bilərlər:
Hesab Adı: |
T.C. İçişleri Bakanlığı Afet ve Acil Durum Yönetimi Başkanlığı |
Alıcı Bank: |
T.C. ZİRAAT BANKASI A.Ş. |
Alıcı Filial: |
ANKARA KAMU KURUMSAL ŞUBESİ |
TL hesabı : |
TR 73 0001 0017 4555 5555 5552 04 |
USD hesabı : |
TR 46 0001 0017 4555 5555 5552 05 |
EUR hesabı: |
TR 19 0001 0017 4555 5555 5552 06 |
Bankın SWIFT Kod № : |
TCZBTR2A |
“Ziraat Bank Azərbaycan” ASC 159 illik tarixə malik olan “Ziraat Maliyyə Qrupu”nun tərkib hissəsidir və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 2014-cü il 30 dekabr tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Bank korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlərini Bakı, Gəncə və Sumqayıt şəhərlərindəki ümumi 7 filialı ilə yanaşı, rəqəmsal satış və xidmət platformaları üzərindən də müştərilərə təqdim edir.
Xəbərin mətnində orfoqrafik səhv var