İQTİSADİYYAT


“Ziraat Bank Azərbaycan” müxbir əlaqələrini genişləndirir

Dünyanın 18 ölkəsində fəaliyyət göstərən “Ziraat Maliyyə Qrupu”nun üzvü olan “Ziraat Bank Azərbaycan” xarici ticarət iştirakçısı olan sahibkarlara ən operativ və geniş çeşidli bank xidmətləri təqdim etmək üçün beynəlxalq müxbir əlaqələrin genişləndirilməsinə xüsusi əhəmiyyət verir. Bu məqsədlə Bank Fransanın “Societte Generale” bankında yeni Avro müxbir hesabı açmışdır. Qeyd etmək lazımdır ki, “Societte Generale” Avro valyutasında ən yaxşı müxbir bank xidmətləri təqdim edən Avropa banklarından biri hesab edilir. Beləliklə də, bank ümumi müxbir hesablarının sayını səkkizə çatdırıb.

“Ziraat Bank Azərbaycan”ın müxbir hesabı olan banklar arasında, həmçinin “Bank of New York Mellon” bankı da mövcuddur. Avropanın və Amerikanın ən nüfuzlu banklabr sırasında olan hər iki bankda müxbir hesablarının olması, Banka öz müştərilərinə daha sürətli və əhatəli bank xidmətlərini təqdim etməyə imkan verəcək. Müxbir hesablarının geniş çeşidliyi Banka xarici ticarətlə məşğul olan müştərilərinə keyfiyyətli bank xidmətləri təqdim etmək üçün şərait yaradır. Qeyd edək ki, 2021-ci ildə Bank xarici ticarət istiqamətində göstərdiyi xidmətə görə “Global Finance” beynəlxalq nəşri tərəfindən “İlin ən yaxşı xarici ticarət xidmətini təqdim edən bank” nominasiyasına layiq görülüb.

“Ziraat Bank Azərbaycan” ASC Türkiyə Respublikasına məxsus, 158 illik tarixə malik olan “Ziraat Maliyyə Qrupu”nun tərkib hissəsidir və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Bank korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlərini Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən ümumi 7 filialı ilə yanaşı, rəqəmsal satış və xidmət platformaları üzərindən də müştərilərə təqdim edir. Bankın təqdim etdiyi məhsul və xidmətlər haqqında daha ətraflı məlumatı Bankın feysbuk, instaqram, tviter, linkedin sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.