MƏDƏNİYYƏT


Zirə Mədəniyyət Mərkəzində tədbir - “Qarabağın xilaskarı Ordumuz”

Bakı, 28 iyun, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Zirə Mədəniyyət Mərkəzində Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü münasibətilə “Qarabağın xilaskarı Ordumuz” adlı tədbir keçirilib.

Baş İdarədən AZƏRTAC-a bildirilib ki, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin pianoda müşayiəti və kurs şagirdlərinin xor ifası ilə başlayıb.

Daha sonra Zirə qəsəbə Mədəniyyət Mərkəzinin “Nur” rəqs kollektivinin “Qarabağ yallısı”, “Odlar yurdu”, “Xarıbülbül”, “Xudayar təsnifi”, “İncəlik”, “İncilər” rəqsləri izlənilib. Eləcə də Ordumuza həsr olunmuş şeirlər səsləndirilib, Piano kursu şagirdlərinin ifasında Emin Sabitoğlunun “Bizim Cəbiş müəllim” filmindən “Vals” və Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasından “Şəbi-hicran” xor ifaları dinlənilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.