İDMAN
“Zirə” - “İnter” görüşü heç-heçə yekunlaşıb
Bakı, 23 sentyabr, AZƏRTAC
Sentyabrın 23-də Azərbaycan Premyer Liqasının altıncı turu çərçivəsində “Zirə” komandası “İnter” klubu ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Zirə İdman Kompleksinin stadionunda keçirilən görüşün ilk hissəsinin 21-ci dəqiqəsində Sertan Taşkın başla zərbə ilə hesabı açıb. Baş hakim İnqilab Məmmədovun idarə etdiyi oyunun ikinci hissəsində “İnter” komandası hesabı bərabərləşdirib. Cavab topunu 67-ci dəqiqədə Yovan Krneta vurub. Beləliklə görüş 1:1 hesabı ilə yekunlaşıb.
“İnter”in futbolçusu İlkin Qırtımov 43-cü dəqiqədə qırmızı vərəqə ilə cəzalandırılıb.
“Zirə” klubu 14 xalla turnir cədvəlində ikinci pillədə yer alır. Hesabında 8 xal olan “İnter” isə dördüncü yerdədir.
Xatırladaq ki, günün ilk oyununda “Səbail” klubu “Kəpəz”i minimal hesabla məğlub edib – 1:0.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [20:31]
Azərbaycan boksçuları Bakıdakı beynəlxalq turniri 21 medalla başa vurublar
- 28.03.2024 [17:57]
AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib
- 28.03.2024 [17:11]
Premyer Liqa: Dörd oyuna hakim təyinatları açıqlanıb
- 28.03.2024 [17:09]
Azərbaycan ağırlıqqaldıranları üçün antidopinqlə bağlı seminar keçirilib
- 28.03.2024 [16:16]