İDMAN


“Zirə” - “Keşlə” oyununda qalib müəyyənləşməyib

Bakı, 20 fevral, Nicat Məmmədov, AZƏRTAC

Fevralın 20-də futbol üzrə Azərbaycan Premyer Liqasında XVI turun növbəti oyunu keçirilib.

AZƏRTAC xəbər verir ki, turun ikinci oyun günündə cari mövsüm iddialı oyunu ilə diqqət çəkən “Zirə” klubu səfərdə autsayder “Keşlə” komandasının qonağı olub.

“ASCO Arena” stadionunda baş tutan görüşdə qalib müəyyənləşməyib - 2:2.

Oyunda hesabı matçın 16-cı dəqiqəsində qonaqların hücumçusu Klesio Bauk açıb. Qoldan üç dəqiqə sonra keşləlilər hesaba tarazlıq gətirib. Nicat Qurbanov adını tabloya yazdırıb. Matçın 21-ci dəqiqəsində Sadio Tunkara meydan sahiblərini hesabda önə çıxarıb.

Fasiləyə komandalar “Keşlə”nin 2:1 hesabı ilə üstünlüyü yollanıb.

Fasilədən sonra 60-cı dəqiqədə “Zirə” klubu meydanda azlıqda qalıb. Baş hakim Elçin Məsiyev Dmitrios Çantakiasa qırmızı vərəqə göstərib. Buna baxmayaraq, 73-cü dəqiqədə “Zirə” klubu hesabı bərabərləşdirib. Dmitriy Volkov zirəliləri məğlubiyyətdən xilas edib.

Bu nəticədən sonra “Zirə” xallarını 25-ə çatdıraraq turnir cədvəlində üçüncü yerdə qərarlaşıb. “Keşlə” isə 14 xalla sonuncu - 8-ci yerdədir.

Qeyd edək ki, tura fevralın 19-da “Səbail” - “Sabah” (2:0) və “Sumqayıt” - “Qarabağ” (0:0) oyunları ilə start verilmişdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.