İDMAN


“Zirə” - “Qəbələ” oyununda qalib müəyyənləşməyib

Bakı, 9 may, Nicat Məmmədov, AZƏRTAC

Mayın 9-da futbol üzrə Azərbaycan Premyer Liqasında XXVI turun daha bir oyunu keçirilib.

AZƏRTAC xəbər verir ki, Zirə İdman Kompleksinin stadionunda təşkil olunmuş qarşılaşmada "Zirə" və "Qəbələ" komandaları üz-üzə gəlib.

Oyun qolsuz heç-heçə ilə yekunlaşıb. Bununla da hər iki komandanın qələbəsiz ardıcıl oyunlarının sayı 9-a çatıb.

Hazırda "Zirə" 35 xalla 4-cü, "Qəbələ" 25 xalla 6-cı pillədə qərarlaşıb.

Qeyd edək ki, turun ilk oyun günündə "Sumqayıt" səfərdə "Keşlə"ni 1:0, "Neftçi" "Səbail"i 4:0 hesabı ilə yenib. Tura saat 20:15-də başlanacaq "Sabah" - "Qarabağ" matçı ilə yekun vurulacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.