İDMAN


“Zirə” daha bir legioner transfer etməyə hazırlaşır

Bakı, 15 sentyabr, AZƏRTAC

Bakının “Zirə” futbol klubu daha bir legioner transfer etməyə hazırlaşır.

AZƏRTAC xəbər verir ki, Şimali Makedoniyanın “Şkendiya” klubunun albaniyalı yarımmüdafiəçisi Valon Ahmedi ilə danışıqlar yekunlaşmaq üzrədir. Yaxın günlərdə futbolçu ilə müqavilə imzalanacaq.

Qeyd edək ki, futbolçu bu mövsüm “Şkendiya”nın heyətində Avropa Liqasının I təsnifat mərhələsində “Sumqayıt”a qarşı oynayıb. Həmin oyunda “Şkendiya” səfərdə “Sumqayıt”a 2:0 hesabı ilə qalib gəlmişdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.