İDMAN


“Zirə” futbol klubunda Müşahidə Şurası yaradılıb

Bakı, 5 avqust, AZƏRTAC

“Zirə” futbol klubunda idarəçiliyin daha da təkmilləşdirilməsi və görüləcək işlərlə bağlı klubdaxili iclas keçirilib.

Klubdan AZƏRTAC-a bildiriblər ki, iclasda bir sıra mühüm məsələlər müzakirə olunub və klubun Müşahidə Şurasının yaradılması haqqında qərar qəbul edilib.

“Zirə”nin fəxri prezidenti Orxan Məmmədov Müşahidə Şurasının sədri seçilib. “AzFar Group” şirkətinin maliyyə direktoru Qabil Abdullayev, “Santral Elektrik” QSC-nin təsisçisi Fuad Rzayev, “Azərenerji” ASC-nin maliyyə departamentinin direktor müavini Fərid Cəfərov, veteran futbolçu Zaur Həşimov isə Müşahidə Şurasına üzv seçiliblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.