İDMAN


“Zirə” klubu “Qarabağ”ın futbolçusunu icarəyə götürüb

Bakı, 1 avqust, AZƏRTAC

Bakının “Zirə” klubu yeni futbolçu ilə müqavilə bağlayıb.

AZƏRTAC kluba istinadla xəbər verir ki, paytaxt təmsilçisi Hacıağa Hacılı ilə anlaşıb. “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov futbolçu kimi “Qarabağ”da çıxış etdiyi vaxt çiyin-çiyinə oynadığı 22 yaşlı yarımmüdafiəçini komandasında görmək istəyib. Bu səbəbdən də futbolçu Ağdam təmsilçisindən icarəyə götürülüb. Onunla birillik müqavilə imzalanıb.

Qeyd edək ki, H.Hacılı Azərbaycan Premyer Liqasında 14 matç keçirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.