İDMAN


“Zirə” klubu “Şamaxı” ilə yoxlama oyunu keçirəcək

“Zirə” klubu “Şamaxı” ilə yoxlama oyunu keçirəcək

Bakı, 20 mart, AZƏRTAC

“Zirə” futbol klubu milli komandaların oyunları ilə əlaqədar çempionatda yaranmış fasilədə yoxlama matçı keçirəcək.

AZƏRTAC kluba istinadla xəbər verir ki, paytaxt təmsilçisi “Şamaxı” ilə qarşılaşacaq.

Martın 25-də Zirə İdman Kompleksində keçiriləcək görüş saat 16:00-da başlayacaq.

Qeyd edək ki, "Zirə" Azərbaycan Premyer Liqasında 37 xalla turnir cədvəlində dördüncü, "Şamaxı" isə 20 xalla doqquzuncu pillədə qərarlaşıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.