“Zirə” klubu “Səbail”lə 12-ci dueldə görüşəcək
AzerTAg.az
Bakı, 10 sentyabr, AZƏRTAC
Milli komandaların oyunları ilə əlaqədar yaranan fasilədən sonra Azərbaycan Premyer Liqasında II turun
oyunları keçiriləcək.
AZƏRTAC xəbər verir ki, “Zirə” mövsümdə ikinci qarşılaşmasında “Səbail” ilə görüşəcək. Birinci turda səfərdə “Qəbələ” ilə heç-heçə edən (1:1) “qartallar” yenə rəqib meydanında qüvvəsini sınayacaq.
“ASCO Arena”da baş tutacaq oyun komandaların ölkə çempionatında 12-ci dueli olacaq. “Zirə” Premyer Liqada 11 dəfə “Səbail”lə üz-üzə gəlib. Paytaxt klubları ilk dəfə 2017-2018-ci il mövsümündə görüşüblər. Hesabında 6 qələbə olan “qartallar” 2 görüşdən bir xalla ayrılıb. Üç matçda isə “Səbail” qalib gəlib. Son iki qarşılaşmada inamlı qələbələr qazanan “Zirə” top fərqində də üstünlüyə malikdir – 15:7. “Zirə”nin heyətində 13 futbolçu qol sevinci yaşayıb.
“Zirə”nin üstünlüyü səfər oyunlarında da müşahidə olunur. Baş tutan 6 matçda 4 dəfə üç xala sevinən “qartallar” səfərdən iki dəfə məğlub ayrılıb.

Xəbərin mətnində orfoqrafik səhv var