İDMAN


“Zirə” klubu Türkiyənin “Eyüpspor” komandası ilə üz-üzə gələcək

Bakı, 6 iyul, AZƏRTAC

Türkiyə təlim-məşq toplanışını davam etdirən “Zirə” futbol klubu bu gün növbəti yoxlama görüşünü keçirəcək.

AZƏRTAC xəbər verir ki, baş məşqçi Rəşad Sadıqovun komandası Türkiyə Birinci Liqasında çıxış edən “Eyüpspor” klubu ilə üz-üzə gələcək. Boluda oynanılacaq görüş Bakı vaxtı ilə 18:00-da start götürəcək.

Qeyd edək ki, Bakı təmsilçisi ilk yoxlama görüşündə Rumıniyanın “Hermanşdadt” klubuna 1:2 uduzub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.