İDMAN
“Zirə” öz meydanında “Sumqayıt”ın qapısından iki cavabsız top keçirib
Bakı, 13 aprel, Nicat Məmmədov, AZƏRTAC
Aprelin 13-də “Zirə” – “Sumqayıt” oyunu ilə Topaz Premyer Liqasının 24-cü turuna start verilib.
AZƏRTAC xəbər verir ki, turun açılış görüşü meydan sahiblərinin qələbəsi ilə başa çatıb - 2:0.
“Zirə”nin heyətində Xulio Sezar Rodriqez (33) və İlkin Qırtımov (90+1) fərqləniblər.
Bu qələbə sayəsində “Zirə” xalların sayını 25-ə çatdıraraq turnir cədvəlində altıncı yerdə qərarlaşıb. “Sumqayıt” isə 20 xalla yeddincidir.
Turun birinci gününün ikinci qarşılaşmasında “Qarabağ” öz meydanında debütant “Sabah”ı qəbul edəcək. Oyun saat 18:30-da başlayacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [16:23]
Fransalı gimnast: Bakı çox ecazkar və müasir şəhərdir
- 19.04.2024 [16:01]
Azərbaycan gimnastı: Karyeramda ən böyük dəstəkçim anamdır
- 19.04.2024 [15:55]
“Qəbələ” israilli futbolçu ilə vidalaşıb
- 19.04.2024 [15:51]
PFL-in prezidenti: Qəzadan sonra 9 dəfə əməliyyat olundum - MÜSAHİBƏ
- 19.04.2024 [15:19]
MOK-da Baham adaları Olimpiya Komitəsinin vitse-prezidenti ilə görüş olub
- 19.04.2024 [15:12]