İDMAN


“Zirə” paraqvaylı futbolçu ilə yollarını ayırıb

Bakı, 29 yanvar, AZƏRTAC

Paytaxtın “Zirə” futbol klubu daha bir legionerlə yolları ayırıb.

AZƏRTAC xəbər verir ki, 30 yaşlı paraqvaylı hücumçu Xulio Sezar Rodriqes ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Ötən ilin yanvarından “Zirə”də çıxış edən futbolçu cari mövsümdə 14 oyunda 6 dəfə fərqlənib.

“Zirə” qış fasiləsində haitili Soni Norde və malavili Robin Nqalande ilə də yolları ayırıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.