İDMAN


“Zirə”nin futbolçusu Brayan Alseus Haiti millisinə dəvət alıb

Bakı, 19 may, AZƏRTAC

Bakının “Zirə” klubunun futbolçusu Brayan Alseus Haiti millisinə dəvət alıb.

AZƏRTAC xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi Bermuda adaları, Montserrat və Qayana ilə keçiriləcək Şimali və Mərkəzi Amerika, Karib Hövzəsi Futbol Konfederasiyası (KONKAKAF) Milli Liqasının oyunları üçün yığmaya cəlb olunub.

Qeyd edək ki, qarşılaşmalar müvafiq olaraq, iyunun 5-də, 8-də və 12-də oynanılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.