İDMAN


“Zirə”nin hücumçusu koronavirusa yoluxub

Bakı, 26 aprel, AZƏRTAC

Bakının “Zirə” klubunun futbolçusu Ruslan Qurbanovda koronavirus aşkarlanıb.

AZƏRTAC xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Rəşad Sadıqov evdə “Sumqayıt”la qolsuz heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XXIV tur oyunundan sonra mətbuat konfransında deyib.

Otuz doqquz yaşlı mütəxəssis bildirib ki, hücumçunun test nəticəsi 2 gün öncə müsbət çıxıb. O, 30 yaşlı oyunçunun ilk dəfə infeksiyaya yoluxduğunu bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.