İDMAN


“Zirvə Astara” klubu basketbol üzrə Azərbaycan çempionu elan edilib

Bakı, 3 aprel, AZƏRTAC

Basketbol üzrə Azərbaycan superliqasının fevralın 29-da keçirdiyi 20-ci turundan sonra respublikada yaranmış gərgin epidemioloji vəziyyətə görə 27-ci ölkə çempionatının oyunlarında məcburi fasilə yaranmışdı.

AZƏRTAC federasiyanın saytına istinadla xəbər verir ki, fasiləyə qədər “Zirvə Astara” klubu 38 xal, “Atom” klubu 34 xal, “Gəncə” klubu isə 32 xalla superliqada birinci, ikinci və üçüncü yerləri bölüşüblər.

Bununla yanaşı, dünyada qlobal COVID-19 pandemiyasının geniş yayılması səbəbindən Beynəlxalq Basketbol Federasiyası (FİBA) martın 13-dən bütün beynəlxalq yarışların dayandırılması barədə qərar verib. Eyni zamanda, bir sıra Avropa ölkələrində (Polşa, Ukrayna, Litva və s.) yerli çempionatlar dayandırılaraq qaliblər elan edilib.

Bununla əlaqədar, Azərbaycan Basketbol Federasiyasının Rəyasət Heyəti aprelin 3-də virtual videoiclas keçirib. İclasda ölkədə tətbiq edilən sərt karantin rejimi ilə bağlı yaranmış vəziyyəti nəzərə alaraq, Məşqçilər Şurasının tövsiyəsi ilə superliqanın turnir cədvəlində mövcud sıralanmasına əsasən “Zirvə Astara” klubu Azərbaycan çempionu elan edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.