İDMAN


“Zirvə” beynəlxalq idman klubunun karateçilərinə Dan sertifikatları verilib

Bakı, 5 fevral, AZƏRTAC 

“Zirvə” beynəlxalq idman klubunun karate bölməsinin idmançılarına növbəti Dan sertifikatlarının təqdim edilməsi ilə əlaqədar tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, “Zirvə” beynəlxalq idman klubunun karate bölməsinin baş məşqçisi Rüstəm Əkbərov imtahanları uğurla verən uşaq və yeniyetmə karateçiləri təltif etmək üçün təlim-məşq zalına gələn Azərbaycan Milli Karate Federasiyasının (AMKF) prezidenti Yaşar Bəşirova minnətdarlığını bildirib.

Kiçik yaşlı idmançıların karate ilə məşğul olması üçün yaradılan şəraitə görə “Zirvə” beynəlxalq idman klubunun prezidenti Tofiq Heydərova, həmçinin baş məşqçi R.Əkbərova təşəkkür edən Y.Bəşirov klubun yetirmələri arasında böyük qələbələr qazanacaq idmançıların yetişəcəyinə inandığını bildirib. O, R.Əkbərovun yetirmələrinin “Olimpiya ümidləri” nominasıyasında qalib olmalarını yüksək dəyərləndirib. Bildirib ki, yeni yaranmasına baxmayaraq, klubun yetirmələri qısa vaxtda respublika və beynəlxalq yarışların qalib və mükafatçıları olublar. Federasiya prezidenti növbəti Avropa çempionatında mübarizə aparacaq yığma komandanın tərkibində klubun karateçilərinin yer almasını təqdirəlayiq hal kimi qiymətləndirib.

Görüşün sonunda sınaqları müvəffəqiyyətlə başa vuran 60 uşaq və yeniyetmə karateçiyə müvafiq Dan sertifikatları verilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.