MƏDƏNİYYƏT


Zirvələrdə dalğalanan bayraq

Bakı, 8 noyabr, AZƏRTAC

Məmməd Səid Ordubadinin ev-muzeyində 9 noyabr - Dövlət Bayrağı Gününə həsr olunmuş “Zirvələrdə dalğalanan bayraq” mövzusunda tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, muzeyin baş elmi-işçisi İradə Vəliyeva Azərbaycanın dövlətçilik tarixindən, bayrağımızın rəmzlərindən söhbət açıb.

Tədbirdə “Aytam” uşaqların mədəni maariflənməsi İctimai Birliyinin sədri Aygün Zamanlının “Bayraq Azərbaycan dövlətinin suverenlik rəmzidir” mövzusunda məruzəsi dinlənilib.

Nərimanov rayonundakı 45 nömrəli tam orta məktəbin şagirdləri ədəbi-bədii kompozisiya ilə çıxış ediblər.

Tədbirdə bayraq gününün əhəmiyyətindən söhbət açan muzeyin direktoru Lalə Abaszadə fərqlənən şagirdlərə muzeyin xatirə hədiyyəsini təqdim edib.

Sonda iştirakçılar M.S.Ordubadinin ev-muzeyinin ekspozisiyası ilə tanış olublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.